logo

Klublarımızın UEFA Konfrans Liqasındakı rəqibləri müəyyənləşib

16:26 18-07-2022 | icon 1904
Klublarımızın UEFA Konfrans Liqasındakı rəqibləri müəyyənləşib

Azərbaycan futbol klublarının UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

YeniAvropa xəbər verir ki, püşk nəticəsində “Neftçi”, “Zirə” və “Qəbələ”nin növbəti mərhələdə üz-üzə gələ biləcəyi kollektivlər bəlli olub.

“Zirə” ikinci təsnifat mərhələsində İsrailin “Makkabi” (Təl-Əviv) komandası ilə görüşlərdən üstün ayrılsa, "Qomel” (Belarus) - “Aris” (Saloniki, Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

“Neftçi” ikinci təsnifat mərhələsində Kiprin “Aris” komandasını üstələyəcəyi təqdirdə, “Rapid” (Vyana, Avstriya) - “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

“Qəbələ” Macarıstanın “Fehervar” komandasını keçsə, “Petrokub-Hinçesti” (Moldova) - “Laçi” (Albaniya) cütünün qalibi ilə oynayacaq.

Püşkə əsasən, Azərbaycanın hər üç klubu ilk oyunlarını evdə keçirməlidir.

Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin qarşılaşmaları avqustun 4-də və 11-də olacaq.