logo

Salyanda “Ford”la “Opel” toqquşdu: Sürücülərdən biri öldü, digəri ağır yaralıdır

15:30 18-07-2022 | icon 8323
Salyanda “Ford”la “Opel” toqquşdu: Sürücülərdən biri öldü, digəri ağır yaralıdır

İyulun 16-da saat 7 radələrində Salyan rayonunun Xələc kəndi ərazisində Füzuli rayon sakini Məhəmməd Baxışovun idarə etdiyi “Ford” və Yardımlı rayon sakini Ş.İmanovun sürdüyü “Opel” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, qəza nəticəsində M.Baxışov hadisə yerində ölüb, Ş.İmanov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.