logo

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub

14:59 18-07-2022 | icon 2030
“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub

Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

YeniAvropa xəbər verir ki, Ağdam təmsilçisi ikinci təsnifat mərhələsində İsveçrə “Sürix”ini üstələyəcəyi təqdirdə, “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Qarabağ” – “Sürix” duelinin qalibi ilk görüşünü avqustun 2-3-də öz meydanında, cavab qarşılaşmasını isə avqustun 9-da səfərdə keçirəcək.