logo

“Qarabağ” – “Sürix” oyununa 25 min bilet satılıb

13:31 18-07-2022 | icon 1939
“Qarabağ” – “Sürix” oyununa 25 min bilet satılıb

Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveçrənin “Sürix” komandası ilə ev oyununa bilet satışı davam edir.

YeniAvropa xəbər verir ki, iyulun 19-u Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matça artıq 25 min bilet satılıb.

Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq.

Komandalar arasında cavab görüşü 1 həftə sonra İsveçrədə olacaq.