logo

“Rapid”–“Lexiya” oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək

16:16 16-07-2022 | icon 2429
“Rapid”–“Lexiya” oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək

FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.

YeniAvropa AFFA-nın saytına istinadla xəbər verir ki, o, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Rapid” (Avstriya) – “Lexiya” (Polşa) qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq.

Matç iyulun 21-də Avstriyada keçiriləcək.