“Azərbaycan Hava Yolları”(AZAL) aviaşirkətinin “J2-023” nömrəli Bakı-Bodrum reysinin uçuş saatı texniki səbəblərə görə gecikir.
"AZAL"dan YeniAvropa-ya bildirilib ki, sözügedən reysin sərnişinləri Bodruma digər təyyarə ilə yola düşəcəklər.
Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcək.