logo

Qadın cüdoçularımız Avropa kubokunda mübarizəyə başlayır

11:11 16-07-2022 | icon 2072
Qadın cüdoçularımız Avropa kubokunda mübarizəyə başlayır

Bu gün Macarıstanın Paks şəhərində gənclər arasında Avropa kuboku yarışı start götürür.

YeniAvropa xəbər verir ki, iki gün davam edəcək turnirdə Azərbaycanın qadın cüdoçuları iştirak edəcəklər. Məşqçi Vüqar Hüseynovun rəhbərliyi altında komandamızı Rita Əliyeva (52 kq), Lətifə Abbasova (57 kq), Nərmin Əmirli (78 kq) təmsil edəcək.

Turnirə dünyanın 34 ölkəsindən 387 idmançı qatılacaq.

Qeyd edək ki, idmançılarımız yarışdan sonra Paksda təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər.