logo

Sabahdan “Qarabağ”- “Sürix” matçının biletləri satışa çıxarılır

15:55 14-07-2022 | icon 3871
Sabahdan “Qarabağ”- “Sürix” matçının biletləri satışa çıxarılır

Ağdamın “Qarabağ” və İsveçrənin “Sürix” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununun biletləri iyulun 15-də satışa çıxarılacaq.

YeniAvropa  kluba istinadla xəbər verir ki, qiymətlər müvafiq olaraq, 5 manat, 10 manat, 20 manat və 50 manatdır.

Biletləri Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn qaydada, “Park Bulvar”dakı “Qarabağ”ın Fan-Şopunda (11:00-dan 20:00-dək), Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından (11:00-dan 20:00-dək) əldə etmək olar.

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də təşkil olunacaq.