logo

"Qarabağ" - "Sürix" matçının vaxtı bəlli olub

15:35 13-07-2022 | icon 2366
"Qarabağ" - "Sürix" matçının vaxtı bəlli olub

"Qarabağ" və İsveçrə "Sürix"i arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin Bakıdakı ilk oyununun vaxtı bəlli olub.

YeniAvropa xəbər verir ki, qarşılaşma iyulun 19-da saat 20:00-da başlayacaq.

İyulun 27-də "Letsiqrund" stadionunda keçiriləcək cavab matçı isə  Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ"  I təsnifat mərhələsində Polşa "Lex"ini mübarizədən kənarlaşdırıb - 0:1; 5:1.