logo

“Sürix” – “Qarabağ” oyununun hakimləri açıqlanıb

14:58 13-07-2022 | icon 2303
“Sürix” – “Qarabağ” oyununun hakimləri açıqlanıb

İsveçrədə “Sürix”-“Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün təyinatlar açıqlanıb.

YeniAvropa  UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Letsiqrund” stadionundakı qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Allard Lindhouta Çarlz Sxap və Roy De Nas laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Jerön Mansxot yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 27-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İlk matç iyulun 19-da Bakıda olacaq.