“Bakı Metropoliteni” QSC gediş haqqına yenidən baxılması barədə aidiyyəti qurumlara, o cümlədən Tarif(Qiymət) Şurasına müraciət ünvanlamayıb.
YeniAvropa xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
"Metropoliten gediş haqqını tənzimləmir və belə bir səlahiyyəti yoxdur. Bu məsələ Tarif Şurasının səlahiyyətinə daxildir. Səhmdar cəmiyyəti yalnız aidiyyəti dövlət strukturları qarşısında dövrü hesabatlar, o cümlədən maliyyə hesabatını təqdim edir", - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, sosial şəbəkələrdə yaxın günlərdə metroda gediş haqqının 50 qıpiyə qaldırılacağı haqda xəbərlər yayılıb.