İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının Şərq Qonşuluğu(EU Neighbourhood & Enlargement) və İnstitusional Quruculuq üzrə direktoru Lourens Mereditlə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə nazir məlumat verib.
“Görüşdə Avropa İttifaqı ilə əməkdaşlıq, investisiyaların müəyyənləşdirilməsi sahəsində işçi qrupunun yaradılması, özəl və dövlət sektorlarında sərmayə imkanları və potensial layihələr barədə müzakirələrimiz oldu”, - deyə M.Cabbarov qeyd edib.