logo

16 ildə BTC ilə 0,5 milyard tona yaxın Azərbaycan nefti nəql olunub

09:59 13-07-2022 | icon 3108
16 ildə BTC ilə 0,5 milyard tona yaxın Azərbaycan nefti nəql olunub

Bakı-Tbilisi-Ceyhan(BTC) sisteminin tam istismara verilməsindən 16 il ötür.

YeniAvropa xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında məlumat paylaşıb.

Nazir qeyd edib ki, bu müddətdə BTC ilə 463 milyon tonu Azərbaycan nefti olmaqla ümumilikdə, təxminən, 518 milyon ton neft nəql olunub.

Qeyd edək ki, hazırda Azərbaycandan BTC boru kəməri ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından hasil edilən kondensat nəql olunur.  Bundan əlavə, boru kəməri ilə Türkmənistan, Qazaxıstan və Rusiyadan neft nəql edilir.

Xatırladaq ki, “BTC Co”-nun səhmdarları aşağıdakılardır: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (5 %), “Itochu” (3,4 %); INPEX (2,5 %), “Exxon Mobil” (2,5 %) və “ONGC (BTC) Limited” (2,36 %).