logo

UEFA Çempionlar Liqası: “Qarabağ” - “Lex” oyunu başlayıb

20:02 12-07-2022 | icon 2660
UEFA Çempionlar Liqası: “Qarabağ” - “Lex” oyunu başlayıb

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” (Ağdam) - “Lex” (Polşa) oyunu başlayıb.

YeniAvropa xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçda Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Riçard Almeyda, Marko Yankoviç, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borges, İbrahima Vadji, Marko Veşoviç, Elvin Cəfərquliyev və Kevin Medina yer alıblar.

“Lex” komandasının heyətində isə Artur Rudko, Joel Pereyra, Pedro Reboşu, Yesper Karlström, Mikael İshak, Antonio Miliç, Mixal Skuras, Radoslav Muravski, Kristoffer Velde, Joao Amaral və Lubomir Şatka meydana çıxıblar.

Matçı ingiltərəli baş hakim Endryu Medli idarə edir.

Poznandakı ilk matçda “Qarabağ” minimal hesabla uduzub - 0:1.

Qeyd edək ki, bu cütün qalibi ikinci təsnifat mərhələsində İsveçrənin "Sürix" klubu ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.