2022-ci ilin yanvar-iyun ayları üzrə Azərbaycanda 16,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib. Qeyd edilib ki, respublika üzrə neft hasilatının 10,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu(kondensat) “Şahdəniz”in payına düşüb.
SOCAR üzrə neft(kondensatla birlikdə) hasilatı 3,9 milyon ton təşkil edib.
Cari ilin ilk 6 ayında 13,4 milyon ton neft(kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 12,6 milyon tona yaxını konsorsiumun, 780 min tonu isə SOCAR-ın payına düşür.