logo

UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün cavab oyununa çıxacaq

09:20 12-07-2022 | icon 2170
UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün cavab oyununa çıxacaq

UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” bu gün turnirin birinci təsnifat mərhələsinin cavab oyununda Polşanın “Lex” klubu ilə qarşılaşacaq.

YeniAvropa xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da başlayacaq oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası (Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper) idarə edəcək.

Qeyd edək ki, bu komandalar arasında bir həftə əvvəl Poznanda keçirilmiş ilk oyun “Lex”in 1:0 hesablı qələbəsilə başa çatıb.