logo

Azərbaycan filmi Kann festivalında 

13:13 11-07-2022 | icon 11844
Azərbaycan filmi Kann festivalında 

“Xatirə və Xəta” bədii filmi ilk uğurunu Fransanın Kann şəhərində qazandı. Bu, təkcə bizim komandanın deyil, bütün Azərbaycanın uğurudur.

YeniAvropa xəbər verir ki, bunu filmin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımov KİV-ə müsahibəsində deyib.

C.Qasımov bildirib ki, filmin çəkilişləri bu ilin iyul ayında başa çatıb. ““Xatirə və Xəta” bədii filmi Fransanın Kann şəhərində keçirilən Cannes World Film Festivalında seçilmiş filmlər siyahısında yer alıb. Film koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin fədakarlığından bəhs edir.

Filmdə əsas rolları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Rövşən Kərimduxt, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər.

“Xatirə və Xəta” filminin treyleri https://www.youtube.com/watch?v=8woLCQVb8hw