Energetika naziri Yunanıstan-Bolqarıstan İnterkonnektorunun(IGB) açılışında iştirak edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.Qeyd edilib ki, bu gün energetika naziri Pərviz Şahbazov Yunanıstana səfərə yola düşüb. Nazir iyulun 8-də Komotini şəhərində IGB-nin açılış mərasimində iştirak edəcək.
Xatırladaq ki, IGB Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq.