Tbilisidə səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
YeniAvropa xəbər verir ki, , görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.
Görüşdə Bakı-Tbilisi-Qars(BTQ) dəmir yolu layihəsinin potensialından daha səmərəli istifadə edilməsi üçün birgə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib.
Söhbət zamanı Gürcüstandan Azərbaycana yük daşımaları zamanı yaranan problemlər və onların həlli məsələləri də diqqət mərkəzində olub.
Görüşdə Azərbaycanın beynəlxalq çərçivədə tərəfdaşlarla tam və qarşılıqlı faydalı əlaqələr qurmaq üçün ölkənin nəqliyyat kompleksinin mövcud potensialını maksimum artırmağa çalışdığı diqqətə çatdırılıb.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edib.