logo

Şəhriyarla Teymur çempionlar turunun növbəti mərhələsinə yüksəliblər

10:01 06-07-2022 | icon 2562
Şəhriyarla Teymur çempionlar turunun növbəti mərhələsinə yüksəliblər

Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Mayamidə start götürəcək çempionlar turunun növbəti mərhələsində iştirak edəcəklər.

YeniAvropa xəbər verir ki, iyulun 10-da start götürəcək yarışda qrosmeysterlərimizlə yanaşı, Yan-Kşiştof Duda, Radoslav Voytaşek (Polşa), Aniş Giri (Hollandiya), Leyner Dominqes, Levon Aronyan, Samuel Sevyan, Samuel Şenkland, Ceffri Şonq, Hans Niman (ABŞ), Riçard Rapport (Macarıstan), Aryan Tari (Norveç), Vei Yi, Yu Venjun (Çin) və Arjun Erigaisi (Hindistan) çıxış edəcəklər.

Yarışın mükafat fondu 210 min dollardır.