logo

Tehranda Azərbaycan və İranın XİN başçılarının görüşü olub

12:22 04-07-2022 | icon 1841
Tehranda Azərbaycan və İranın XİN başçılarının görüşü olub

İranın paytaxtı Tehranda rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşüb.

YeniAvropa “Mehr”ə istinadən xəbər verir ki, Hüseyn Əmir-Abdullahian C.Bayramovu XİN binasının önündə qarşılayıb.

Nazirlər iki tərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.