Respublikanın daxili işlər orqanları ötən iki gündə törədilmiş 73 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə,ümumilikdə 33, o cümlədən borclu şəxs qismində axtarılan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən yeddi yol-nəqliyyat hadisəsi baş verib, nəticədə yeddi nəfər ölüb, iki nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı iki fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.