logo

Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

10:20 04-07-2022 | icon 2534
Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 5-də Nur-Sultan şəhərində keçiriləcək Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 18-ci iclasında iştirak etmək üçün Qazaxıstana səfər edib.

Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, iclas çərçivəsində Hökumətlərarası Komissiyanın 17-ci iclasından sonrakı dövrdə görülmüş işlərin nəzərdən keçirilməsi, ticarət-iqtisadi, energetika, nəqliyyat, logistika, sənaye və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan və Qazaxıstan arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Qazaxıstan tərəfdən isə Baş nazirin müavini - ticarət və inteqrasiya naziri Baxıt Sultanovdur.