logo

Ceyhun Bayramov İrana rəsmi səfərə gedib

10:01 04-07-2022 | icon 4242
Ceyhun Bayramov İrana rəsmi səfərə gedib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrana rəsmi səfərə gedib. 

YeniAvropa xəbər verir ki, bu barədə  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Qeyd edilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İran rəsmiləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Tehranda Ceyhun Bayramovun İran prezidenti İbrahim Rəisi, parlamentin sədri Məhəmməd Bağır Qalibaf və XİN başçısı Hüseyn Əmirabdullahianla görüşləri planlaşdırılıb.