UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşada baş tutacaq "Lex"-"Qarabağ" oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.
YeniAvropa Poznan təmsilçisinin rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, cütlüyün ilk oyununa artıq 22 mindən çox bilet satılıb.
Polşa çempionu kassada 21 minə yaxın biletin qaldığını açıqlayıb. "Poznan" stadionu 43 min azarkeş tutumuna malikdir.
Qeyd edək ki, iyulun 5-də oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Bakıda gerçəkləşəcək.