logo

Sabah Bakıda 33° isti olacaq

14:44 03-07-2022 | icon 1470
Sabah Bakıda 33° isti olacaq

Azərbaycanda iyulun 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23°, gündüz 30-33° isti, Bakıda gecə 21-23°, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət 50-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı ehtimal edilir