logo

Açıq Avropa turniri: İki cüdoçumuz qızıl medal qazanıb

20:32 02-07-2022 | icon 2940
Açıq Avropa turniri: İki cüdoçumuz qızıl medal qazanıb

Rumıniyanın Kluj-Napoka şəhərində cüdo üzrə böyüklər arasında açıq Avropa turniri davam edir.

YeniAvropa xəbər verir ki, yarışın birinci günündə cüdoçularımızdan Nazir Talıbov (60 kq), Telman Vəliyev (73 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar. Rəşad Yelkiyev (60 kq), Ruslan Paşayev (66 kq), Nəriman Mirzəyev (73 kq) üçüncü yeri tutublar.

İki gün davam edəcək yarışda Azərbaycanı 14 kişi və 3 qadın cüdoçu təmsil edir. Açıq Avropa turnirində 33 ölkədən 62 qadın və 150 kişi cüdoçu iştirak edir.