logo

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri davam edir

19:20 02-07-2022 | icon 840
Azərbaycan-Türkiyə birgə hərbi təlimləri davam edir

Azərbaycan və türkiyəli hərbçilərin iştirak etdiyi birgə təlimlərdə müxtəlif tapşırıqlar icra edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hərbi qulluqçular təlimin ssenarisinə uyğun olaraq, axtarış-xilasetmə, yaralıların döyüş meydanından təxliyəsi və digər tapşırıqları yerinə yetiriblər.

Təlimdə qarşıya qoyulan tapşırıqlar hər iki qardaş ölkənin hərbçiləri tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilərək uğurla icra olunub.