logo

Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar

13:36 02-07-2022 | icon 1953
Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar

Rumıniyanın Kluj-Napoka şəhərində cüdo üzrə böyüklər arasında açıq Avropa turniri davam edir.

 YeniAvropa xəbər verir ki, yarışın birinci günündə mübarizə aparan cüdoçularımızdan Nazir Talıbov(60 kq), Tofiq Məmmədov, Elçin Hüseynov(66 kq), Nəriman Mirzəyev, Telman Vəliyev(73 kq) bütün rəqiblərini məğlub edərək yarımfinala vəsiqə qazanıblar.

Açıq Avropa turnirində 33 ölkədən 62 qadın və 150 kişi cüdoçu iştirak edir.