logo

Neftin 1 barelinin qiyməti 360 dollara qalxa bilər-"Bloomberq"

12:55 02-07-2022 | icon 2926
Neftin 1 barelinin qiyməti 360 dollara qalxa bilər-"Bloomberq"

ABŞ-ın ən böyük banklarından biri olan "JP Morgan Chase" bankının analitiklərinin proqnozlarına əsasən, əgər Rusiya Qərbin sanksiyalarına cavab olaraq neft tədarükünü əhəmiyyətli dərəcədə azaltsa, neftin bir barelinin qiyməti 360 dollara çata bilər.

YeniAvropa xəbər verir ki, bu proqnoz "Bloomberq" agentliyinin saytında yer alıb.

Analitiklərin məlumatına görə, Rusiya neftinin tədarükünün sutkada 3 milyon barel azalması London birjasında yanacaq qiymətinin 190 dollaradək artmasına gətirib çıxaracaq. Ən pis ssenari qismində Rusiyadan neft tədarükünün sutkada 5 milyon barel azalması nəzərdən keçirilir. Bu halda qiymət 360 dollara qədər arta bilər.

"JP Morgan Chase" bankının analitikləri hesab edirlər ki, RF bu addımı ABŞ və Avropa İttifaqı tərəfindən Rusiya neftinin qiymətinə məhdudiyyət qoyulduğu halda ata bilər. Belə ki, G7 qrupunun sammitində liderlər belə bir məhdudiyyət imkanlarının nəzərdən keçiriləcəyini vəd ediblər.