logo

Türkiyədə torpaq sürüşməsində ölən azərbaycanlının şəxsiyyəti məlum olub

11:55 01-07-2022 | icon 6853
Türkiyədə torpaq sürüşməsində ölən azərbaycanlının şəxsiyyəti məlum olub

Türkiyənin Artvin şəhərində baş verən torpaq sürüşməsində ölən azərbaycanlı sürücünün şəxsiyyəti məlum olub.

YeniAvropa xəbər verir ki, bu barədə  Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının(ABADA) şöbə müdiri Ruslan Eldaroğlu özünün "Facebook" səhifəsində məlumat paylaşıb.

"Arvin vilayətində torpaq uçqunu zamanı həlak olan azərbaycanlı sürücünün şəxsiyyəti bəlli olub. 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücü Şahlar Kərimovdur", - deyə o, bildirib. 

Qeyd edək ki, Türkiyənin Gürcüstanla sərhədyanı bölgəsində - Artvin şəhərinin Hopa-Kemalpaşa yolunda baş verən torpaq sürüşməsi nəticəsində qaya parçaları dağdan qoparaq aşağıya doğru yuvarlanıblar.  “CNN Türk”ün məlumatına görə, təbii fəlakət nəticəsində 3 yük maşını qayaların altında qalıb.  1 nəfər ölüb, 2 nəfər yaralanıb.Bölgədə yol bağlanıb.