logo

TRACECA-nın Azərbaycan seqmentində 15 milyon tondan çox yük daşınıb

11:01 30-06-2022 | icon 3486
TRACECA-nın Azərbaycan seqmentində 15 milyon tondan çox yük daşınıb

Cari ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 15 milyon 124,6 min ton, yük dövriyyəsi isə 3 milyard 671,9 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, yüklərin 8 milyon 362,3 min tonu və ya 55,3 faizi avtomobil nəqliyyatı, 4 milyon 949,7 min tonu və ya 32,7 faizi dəmir yolu nəqliyyatı, 1 milyon 812,6 min tonu və ya 12 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 25,5 faizini və ya 3 milyon 863,1 min tonunu tranzit yüklər təşkil edib.)