logo

Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçirilib

16:58 29-06-2022 | icon 2226
Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçirilib

İyunun 29-da İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Sahibkarlıq Konfederasiyası(ASK), Azərbaycan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçirilib.

YeniAvropa xəbər verir ki, tədbirdə Azərbaycan və Gürcüstan tərəfindən rəsmi şəxslərlə yanaşı, enerji, nəqliyyat və logistika, hüquq və maliyyə konsaltinqi, qida, tikinti, turizm, tibb və sair sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Biznes forumda Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov, AZPROMO-nun müşaviri Zöhrab Qədirov ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, biznes dairələrinin əlaqələrinin genişləndiyini vurğulayıb, iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsində biznes forumların, işgüzar görüşlərin əhəmiyyətini qeyd ediblər. Tədbir çərçivəsində Ələt Azad İqtisadi Zonası ilə “Hualing” Kutaisi Azad Sənaye Zonası arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Biznes forum hər iki ölkənin sahibkarları arasında ikitərəfli görüşlərlə və Gürcüstan məhsullarının nümayişi ilə davam edib.