logo

Bakıda İƏT ölkələri turizm nazirlərinin görüşü keçirilir

10:10 28-06-2022 | icon 6027
Bakıda İƏT ölkələri turizm nazirlərinin görüşü keçirilir

İyunun 28-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının(İƏT) Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində üzv ölkələrin yüksəkvəzifəli şəxslərinin iclası keçirilib.

 YeniAvropa xəbər verir ki, görüşdə növbəti konfransın keçiriləcəyi tarix və yer, eləcə də 2023-2024-cü illər üzrə İƏT-in “Turizm Şəhəri Mükafatı”na namizədlər müəyyənləşdirilib, konfransın yekun qətnaməsinin layihə sənədi və Bakı bəyannaməsi qəbul edilib.

Dövlət Turizm Agentliyinin(DTA) təşkilatçılığı ilə keçirilən konfransda təşkilatın baş katibi Hissein Brahim Taha, təşkilata üzv dövlətlərin turizm nazirləri və nazir müavinləri, səfirlər, İƏT-nin 7 alt institutu olan beynəlxalq təşkilatların təmsilçiləri, dövlət rəsmiləri və ekspertlər daxil olmaqla 39 ölkədən 160-dan artıq nümayəndə iştirak edib.

Fuad Nağıyev prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

DTA sədri bildirib ki, pandemiyaya qədər İƏT-ə üzv olan ölkələrdən Azərbaycanı çoxsaylı turist ziyarət edib. Ancaq son illərdə pandemiya səbəbindən turizm xeyli aşağı düşüb. O, post pandemiya dövründə Azərbaycanda turizmi bərpa etmək üçün İƏT- ilə birgə təkliflərin verilməsinin vacibliyini vurğulayıb.

Banqladeşin aviasiya və turizm naziri Şahcahan Kamal Azərbaycanın yaxın zamanlarda böyük turizm ölkəsinə çevriləcəyinə əminliyini vurğulayıb.

Konfrans sessiyalarla davam edib.

Qeyd edək ki, konfrans iştirakçılarının iyunun 29-da Şuşa şəhərinə səfəri nəzərdə tutulur.