logo

Azərbaycan dövriyyədə 12 milyondan artıq plastik kart var

15:30 25-06-2022 | icon 3745
Azərbaycan dövriyyədə 12 milyondan artıq plastik kart var

Mayın sonunda bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 118 min ədəd artaraq 12 milyon 19 min ədəd təşkil edib.

YeniAvropa Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,5 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 19,4 faiz, kredit kartları üzrə 29,2 faiz olub. Ötən ilin müvafiq dövrünə nisbətən əməkhaqqı kartlarının sayı 54 min, kredit kartları 345 min, digər kartlar isə 1,7 milyon ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.