logo

Bakıda Braziliyanın “Choronas” qrupunun konserti keçiriləcək

10:10 25-06-2022 | icon 9877
Bakıda Braziliyanın “Choronas” qrupunun konserti keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində iyunun 27-də Braziliyanın məşhur “Choronas” instrumental musiqi qrupunun konserti keçiriləcək.

YeniAvropa xəbər verir ki, 1994-cü ildə San-Paulu musiqiçiləri tərəfindən yaradılan ansambl bu günə kimi dünyanın bir çox səhnələrində konsert proqramı ilə çıxış edib. “Choronas”ın repertuarında Braziliya populyar musiqisinin sevimli klassikləri və müasir bəstəkarların əsərləri yer alır.

Qeyd edək ki, konsertin biletlərini “iticket.az” saytından və şəhərin kassalarından əldə etmək mümkündür.