logo

QDTIB indiyədək Azərbaycanda özəl sektora 510 milyon avro kredit ayırıb

11:11 24-06-2022 | icon 3080
QDTIB indiyədək Azərbaycanda özəl sektora 510 milyon avro kredit ayırıb

Qara Dəniz Ticarət və İnkişaf Bankı(QDTİB) fəaliyyətə başlayandan bu günədək Azərbaycanda özəl sektora 510 milyon avro məbləğində kredit ayırıb.

YeniAvropa xəbər verir ki, bu barədə iyunun 24-də Bakıda keçirilən Azərbaycan-QDTİB biznes forumunda maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, bununla yanaşı, QDTİB yerli bazarlarının inkişafında da fəal iştirak edir.