Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərildiyi barədə xəbər vermişdik.
FHN-dən YeniAvropa-ya bildirilib ki, bu gün səhər saatlarından etibarən təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.