İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinihsar qanunvericiliyinin tələblərinin pozulmaması və haqsız rəqabətə yol verilməməsi məqsədilə tədbirləri davam etdirir.
Dövlət Xidmətindən YeniAvropa-ya bildirilib ki, qurum tərəfindən mobil telefon cihazları bazarında araşdırmalar aparılıb, təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib. Sorğuda tələb olunan sənəd və məlumatları təqdim etməyən “V-TELECOM” MMC, “İMPERİUS” MMC və “BUL ELECTRONİCS” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırıb. İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli.) yerləşdiriləcək.