logo

Bakıda İƏT ölkələri turizm nazirlərinin konfransı keçiriləcək

13:31 21-06-2022 | icon 8106
Bakıda İƏT ölkələri turizm nazirlərinin konfransı keçiriləcək

İyunun 27-dən 29-dək Bakıda İslam Əməkdaşlıq Təşkilatına(İƏT) üzv ölkələrin turizm nazirlərinin 11-ci Konfransı keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə İƏT-in baş katibi Hissein Brahim Taha məlumat verib.

O, vurğulayıb ki, turizm sektoru İslam ölkələri arasında ticarətin həcminin artmasında mühüm rol oynayır.

“İƏT qarşıdakı üç ildə üzv ölkələr arasında ticarət dövriyyəsinin 25 faiz artırılması məqsədinə nail olmaq istiqamətində fəaliyyət göstərəcək. Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası, İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyası yarandığı gündən bəri ticarətin maliyyələşdirilməsi, biznes sığortası əməliyyatları və özəl sektor fəaliyyətlərinə dəstək üçün 140 milyard dollar vəsait ayırıb. Mən ticarəti təşviq edən agentliklərin hamısını bu mümkün hədəfin həyata keçirilməsi istiqamətində bütün İƏT ailəsi ilə əməkdaşlığı davam etdirməyə çağırıram”,- deyə Hissein Brahim Taha Seneqalın paytaxtı Dakarda keçirilən turizm sərgisinə ünvanladığı təbrik-müraciətində bildirib.