Bakıda Alman-Azərbaycan Davamlılıq Forumu keçirilir
İyunun 21-də Alman-Azərbaycan Xarici Ticarət Palatası(AHK Azərbaycan), “RENAC AG” ilə birgə Almaniya Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin Enerji İxrac Təşəbbüsü layihəsi çərçivəsində “Azərbaycanda bərpaolunan enerji” mövzusuna həsr olunmuş Alman-Azərbaycan Davamlılıq Forumu təşkil edilib.
YeniAvropa xəbər verir ki, AHK Azərbaycanın icraçı direktoru Tobias Baumannın moderatorluğu ilə keçən forumda iki ölkə arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Forumda Azərbaycanın energetika nazirinin müavini Elnur Sultanov ölkəmizdə energetika sahəsində görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramında prioritetlərdən biri Azərbaycanın ekoloji cəhətdən təmiz ölkəyə çevrilməsidir.
Bu proqramda ətraf mühitin çirklənməsinin minimuma endirilməsi kimi işlərin də yer aldığını söyləyən nazir müavini deyib: “Bu, təkcə enerjinin bərpaolunan mənbələrdən əldə ediləcəyi demək deyil, həm də enerji səmərəliliyinin artırılması kimi işləri əhatə edir. Bizim prioritetlərimizdən biri də xalis sıfır karbon emissiyasına çatmaqdır. Bu gün Azərbaycanda bərpaolunan enerji mənbələrinin quraşdırılmış gücü 17 faizdir. 2030-cu ilə qədər bu rəqəmin 30 faizə çatdırılması nəzərdə tutulur”.
Almaniyanın ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Heiko Schvarz qeyd edib ki, regionda bütün istiqamətlərdə sülh və imkanlar görürük: “Biznes üçün hər zaman sülh ən yaxşı amildir. Dayanıqlılıq və bərpaolunan enerji sahəsində çalışan sahibkarlar üçün geniş imkanlar var. İnanıram ki, bugünkü görüş yeni layihələrə bir təməl olacaq”.
Almaniyanın İqtisadi İşlər və İqlim Fəaliyyəti üzrə Federal Nazirliyi alman enerji həllərinin koordinasiya ofisinin rəhbəri Angelika Farhan-Reimpell təmsil etdiyi qurumun enerji həlləri təşəbbüsü daxilində gördüyü işlərdən söz açıb.
AHK Azərbaycan İdarə Heyətinin sədri Fərid İsayev forumun iki ölkə sahibkarlarının işbirliyinə töhfə verəcəyini inamını bildirib.
Forum müzakirələrlə davam edib.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır