Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 25,9 faiz artaraq 2022-ci il mayın 1-nə milli valyuta ekvivalentində 10515,4 milyon manat təşkil edib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd edilib ki, əmanətlərin 60,4 faizi milli, 39,6 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 48,1 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 2,5 faiz artıb. May ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,80 (1,87) manata, 100 türk lirəsinə 10,94 (11,85) manata, 100 rus rubluna 2,63 (2,14) manata bərabər olub.