Avropa Şurası Parlament Assambleyasının yay sessiyası işə başlayıb
Strasburqda Avropa Şurası Parlament Assambleyasının(AŞ PA) yay sessiyası işə başlayıb.
YeniAvropa xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı(AŞ PA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvləri yay sessiyasında iştirak edirlər.
Yay sessiyasından əvvəl nümayəndə heyətinin rəhbəri Səməd Seyidov komitə sədrlərinin iclasına qatılıb.
Bu gün sessiyanın ilk plenar iclasında yay sessiyasının gündəliyi dinlənilərək qəbul ediləcək.
AŞPA yay sessiyasında Niderlandın Kralı Villem-Aleksandr və Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulun çıxışları gözlənilir. AŞPA Nazirlər Komitəsinin sədri, İrlandiyanın xarici işlər və müdafiə naziri Saymon Kovenin, Finlandiyanın xarici işlər naziri Pekka Haavistonun, Avropa Şurası Baş Katibi Mariya Peyçinoviç-Buriçin iştirakı ilə qurumun yay sessiyası çərçivəsində “Avropada demokratik təhlükəsizliyi müdafiə etmək” adlı yüksək səviyyəli və interaktiv debat paneli nəzərdə tutulub. Panel “Avropada təhlükəsizliyə dair son çağırışlar: Avropa Şurasının rolu nədir?” adlı hesabatın davamı kimi təşkil olunduğu bildirilir.
Sessiya çərçivəsində müzakirə olunacaq digər mövzular arasında Rusiya- Ukrayna müharibəsinin humanitar nəticələri, xüsusilə də daxili və xarici miqrasiya, MH17 təyyarəsinin vurulmasına dair məsuliyyət kimi məsələlər də yer alıb. Həmçinin, AŞPA parlamentariləri onlayn kommunikasiyanın monitorinqi, Avropada antisemitizmin qarşısının alınması, ona qarşı necə mübarizə aparılması, keyfiyyətli xidmətlər və peyvənd əleyhinə miflərin məhv edilməsi yolu ilə peyvənd vasitəsi ilə qarşısı alına bilinən xəstəliklərlə mübarizə kimi məsələlərin də müzakirə ediləcəyi gözlənilir.
Sessiyada müxtəlifliyin və inklüzivliyin təşviqində siyasi partiyaların rolu, eləcə də sülh və barışıq proseslərində qadınlar üçün ədalət və təhlükəsizlik mövzuları üzrə debatlar aparılacağı bildirilir.
AŞPA yay sessiyası çərçivəsində Maltanın Avropa Şurasına üzvlüyü ilə bağlı öhdəliklərini yerinə yetirməsinə dair müzakirə olunacağı və onun Qırğız Respublikası parlamenti ilə demokratiya üçün tərəfdaşlığı nəzərdən keçirəcəyi bildirilir.
Həmçinin sessiya çərçivəsində Daimi Komitə və Büronun hesabatları dinləniləcək, “Serbiyada keçirilmiş prezident və erkən parlament seçkilərinin müşahidəsinin nəticələri”, “Müxtəlifliyin və inklüzivliyin təşviq edilməsində siyasi partiyaların rolu”, “Avropada antisemitizmin qarşısının alınması və onunla mübarizə”, “Təhlükəsizlik üçün yeni çağırışlarda Avropa Şurasının rolu”, “Onlayn kommunikasiyanın tənzimlənməsi: media, informasiya azadlığına və insan ləyaqətinə təhlükə” kimi mövzularda fikir mübadiləsi aparılacaq.
Deputatlarımız sessiya çərçivəsində keçiriləcək müzakirələrdə çıxış edəcək, qeyd və təkliflərini bildirəcəklər.
Açıq Avropa turniri: İki cüdoçumuz qızıl medal qazanıb
Azərbaycan-Türkiyə birgə hərbi təlimləri davam edir
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 356 min nəfəri ötür
Azərbaycanda daha 33 nəfər koronavirusa yoluxub
Müğənni Xan Bəyli və DJ Fateh “Azercell” ilə canlı yayımda
Bakı qarnizonunda əsgər texniki qəza nəticəsində həlak olub
Azərbaycanla Hindistan ikiqat vergini aradan qaldıracaq
Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar
Neftin 1 barelinin qiyməti 360 dollara qalxa bilər-"Bloomberq"
Zakir Həsənov xidməti müşavirə keçiib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Azərbaycan nefti 125,30 dollara satılır
Azərbaycan polisi 104 yaşında!
İranda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub
Göygöldə ağır avtoqəza: 1 ailənin 4 üzvü öldü
ABŞ və Azərbaycan arasında münasibətlər inkişaf edir-Səfir
Türk dövlətlərinin təhlükəsizlik şuralarının katiblərinin görüşü olub
Türkiyə və Ermənistan normallaşma prosesinə dair bəzi razılıqlara gəliblər
Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd edilib
İranın İslam Şurası Məclisi sədrinin müavini Milli Məclisdə olub
İyulda Bakıda 41°, bəzi bölgələrdə isə 43° isti olacağı proqnozlaşdırılır
Ərdoğan:Finlandiya və İsveçin davranışlarına əsasən geri addım da ata bilərik
Ceyhun Bayramov İordaniya Senatının sədri ilə görüşüb
İran Azərbaycanla sərhədləri bağlamayıb-Səfirlik təkzib etdi