logo

Həcc ziyarətində bu il zəvvarlar "Qara daş"a və Kəbə qapısına toxuna bilməyəcəklər

15:27 19-06-2022 | icon 8498
Həcc ziyarətində bu il zəvvarlar "Qara daş"a və Kəbə qapısına toxuna bilməyəcəklər

İkiillik COVID-19 pandemiyasından sonra əcnəbi zəvvarları qəbul edən Səudiyyə Ərəbistanı Həcc ziyarətində yeni qaydaları açıqlayıb.

YeniAvropa xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Həcərül Əsvəd(Qara daş) ilə Kəbə qapısı arasındakı “mültəzəm” və ya “İbrahim məqamı” deyilən yerdə baryerlər qoyulur. Bu səbəbdən, əvvəllər Kəbənin divarlarına sifətlərini toxunduraraq dua edən zəvvarlar bunu edə bilməyəcək. Yeni qaydaların gigiyenik tədbirlər çərçivəsində qoyulduğu bildirilib.

Səudiyyə Ərəbistanı artıq iyulun 7-dən başlayaraq Həcc ziyarətində iştirak edəcək zəvvarları qəbul edəcək.

Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti 9 106 manat müəyyən olunub . Ziyarət səfərinin iyunun 24-dən iyulun 20-nə qədər həyata keçirilməsi planlaşdırılır