logo

ANAMA-nın daha bir əməkdaşı Cəbrayılda minaya düşüb

14:15 19-06-2022 | icon 14133
ANAMA-nın daha bir əməkdaşı Cəbrayılda minaya düşüb

İyunun 19-u saat 11 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əli Şükürov Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

YeniAvropa xəbər verir ki, bu barədə Cəbrayıl rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, iyunun 17-də səhər saatlarında Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşən ANAMA-nın əməkdaşı 1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlu rayon xəstəxanasına yerləşdirilib.Onun sol ayağı topuq nahiyəsindən travmatik amputasiya edilib.