Cari ilin mayında Azərbaycana idxal olunan avtomobillərin sayı 5325 ədəd, dəyəri isə 75 milyon 551 min ABŞ dolları olub.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, ötən ay ölkəyə gətirilən avtomobillərin 54-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 4834-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 408-i yük daşımaq üçün, 29-u isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.