logo

Bakıda “Partners and Business” sərgisi açılıb

11:11 16-06-2022 | icon 2835
Bakıda “Partners and Business” sərgisi açılıb

İyunun 16-da “Baku Crystal Hall”da yerli şirkətlərin tanıtım sərgisi – “Partners and Business Baku 2022” keçirilir.

YeniAvropa xəbər verir ki, sərgi KOBİA, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə reallaşıb.

Açılış mərasimində iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və başqaları çıxış edərək sərginin əhəmiyyətindən, ölkə iqtisadiyyatının inkişafına verəcəyi töhfədən söz açıblar.

Qeyd olunub ki, sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın şirkətin məhsulları nümayiş olunur.

Tədbir 5 panel iclasdan ibarət konfransla davam edir.