“Neftçi”, “Zirə” və “Qəbələ”nin UEFA Konfrans Liqasındakı rəqibləri bu gün bəlli olacaq
Bu gün UEFA Konfrans Liqasında ikinci təsnifat mərhələsinin püşkü atılacaq.
YeniAvropa xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Neftçi”, “Zirə” və “Qəbələ”nin də mümkün rəqibləri bəlli olacaq.
Saat 15:00-da başlayacaq püşkatma zamanı “Neftçi” səpələnmiş, digər iki komanda səpələnməmişlər səbətində yer alacaq.
"Neftçi" bu raundda "Dinamo" (Minsk, Belarus) – "Deçiç" (Monteneqro) və ya “Saburtalo” (Gürcüstan) – “Partizani” (Albaniya) cütünün qalibi ilə, həmçinin “Aris” (Kipr), “Makedoniya” (Şimali Makedoniya) və “Velej”lə (Bosniya və Herseqovina) görüşə bilər.
"Qəbələ"nin mümkün rəqibləri APOEL (Kipr), “Başakşehir” (Türkiyə), “Fehervar” (Macarıstan), “Aris” (Yunanıstan), “Radniçki” (Serbiya), "Zirə"nin isə “Dinamo” (Tbilisi, Gürcüstan) – “Payde” (Estoniya) cütünün qalibi, BATE (Belarus), “Kayrat” (Qazaxıstan), “Universtatya” (Krayova, Rumıniya) və “Makkabi” (Təl-Əviv, İsrail) komandalarıdır.
UEFA Çempionlar Liqasında mübarizə aparan "Qarabağ" birinci təsnifat mərhələsində Polşanın “Lex” klubuna uduzsa, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Zrinski” (Bosniya və Herseqovina) – “Şerif” (Moldova), “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan), “Düdelanj” (Lüksemburq) – “Tirana” (Albaniya), “Şemrok Rovers” (İrlandiya) – “Hibernians” (Malta), “Levadiya” (Estoniya) – “Vikinqur” (İslandiya) cütlərindən birinin məğlubu ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasında ikinci təsnifat mərhələsinin oyunları iyulun 21-28-də keçiriləcək.