logo

Cari ildə XI sinfi 91 mindən çox şagird bitirir

09:30 14-06-2022 | icon 10472
Cari ildə XI sinfi 91 mindən çox şagird bitirir

2021-2022-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 133 min 422 şagird, XI siniflərini 91 min 188 şagird bitirir.

YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, IX sinfi bitirənlərdən 61 min 400 nəfəri qız, 72 min 22 nəfəri oğlan, XI sinfi bitirənlərdən 42 min 5 nəfəri qız, 49 min183 nəfəri oğlandır.

2021-2022-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 5 min 896 məktəbəhazırlıq qrupunu 100 min 529 nəfər uşaq başa vurub.