I–IV qruplar üzrə imtahanda abituriyentlərin 22,4%-i ən azı bir fəndən sıfır bal toplayıb
I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 22.4%-i (15171 nəfər) imtahan verdikləri fənlərin biri və ya bir neçəsi üzrə test suallarına ya cavab verməyib, yaxud da cavabları təhlil aparmadan təsadüfi qaydada seçib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci sayında qeyd olunub.
Bildirilib ki, belə abituriyentlərin yanlış cavablarının sayı düzgünlərin sayından qat-qat çox olmuş, nəticədə düzgün cavabların yanlış cavablar nəzərə alınmaqla təshih edilmiş qiyməti sıfırdan kiçik alınmış və qəbul qaydalarına əsasən sıfıra bərabər qəbul olunmuşdur. Təəssüf ki, gənclər arasında birtərəfli hazırlıqla ali təhsil müəssisələrinə qəbul olmaq arzusunda olanlar hələ də var. DİM imtahan fənləri üzrə də minimal tələblər qoyub və məhdudiyyətlər tətbiq edirdi. Cari ildə isə imtahan fənləri üzrə heç bir məhdudiyyət tətbiq edilməmişdir.
"DİM şagird və abituriyentlərin nəinki imtahan fənlərinə, həmçinin ümumtəhsil məktəblərində tədris olunan digər fənlərə lazımi diqqət göstərməsinin tərəfdarıdır. Sirr deyil ki, hazırda məktəblərdə yuxarı sinif şagirdlərinin, əsasən, seçdikləri ixtisas qrupuna aid fənlərə üstünlük verməsi, digər fənləri isə, heç olmasa, proqramın minimum tələbləri səviyyəsində öyrənməməsi, məktəb rəhbərlərinin də bu vəziyyətə göz
yumması halları mövcuddur. Məktəb rəhbərləri, eləcə də müəllimlər şagirdlərin bütün fənlər üzrə ən azı minimum proqram həcmində bilik almasına nail olmalı, imtahana düşən fənləri yaxşı bildiklərinə görə digər fənləri lazımınca öyrənməmələrinə güzəşt etməməlidirlər", - məlumatda qeyd olunub.
Vurğulanıb ki, I mərhələdə sıfır bal toplayanlar çox azdır. Bunun əsas səbəbi kimi bu mərhələdə II mərhələdən fərqli olaraq qapalı tipli test tapşırıqları üzrə yanlış cavablara görə cərimə tətbiq olunmaması və bu cavabların ümumi bala təsir göstərməməsidir. Nəticədə abituriyentlər I mərhələdə daha cəsarətli davranırlar və hətta cavablarını bilmədikləri test tapşırıqlarını da cavablandırırlar ki, bu da öz növbəsində təsadüfi şəkildə düzgün cavabların qeyd olunması ehtimalını artırır. II mərhələdə ana dili, ədəbiyyat və biologiya fənləri üzrə sıfır bal toplayan abituriyentlərin faizi digər fənlərə nisbətən azdır. Sıfır bal toplayanlar ən çox riyaziyyat, fizika və coğrafiya fənləri üzrədir. Bu fənlər üzrə abituriyentlərin nəticələrinin aşağı olması və sıfır bal toplayanların sayının çoxluğu bir sıra məktəblərdə həmin fənlərin tədrisinə, eləcə də bu fənlər üzrə qəbula hazırlıq prosesinə laqeyd münasibətin nəticəsidir.
"İstənilən halda bunun real səbəbləri aydınlaşdırılmalı və həmin fənlərə münasibətin dəyişdirilməsi üçün tədbirlər görülməlidir. II mərhələdə imtahan fənlərindən sıfır bal toplayan abituriyentlər Azərbaycan bölməsində çoxluq təşkil edir. Rus bölməsi ilə müqayisədə bu bölmə üzrə I və II ixtisas qruplarında bütün fənlər üzrə, III qrupda ana dili və ədəbiyyat, IV qrupda kimya və biologiya fənlərindən sıfır bal toplayanlar nisbətən daha çoxdur. Məlum olduğu kimi 2019-cu ildən etibarən müsabiqə şərti kimi imtahan fənləri üzrə heç bir məhdudiyyət qoyulmur. I-IV ixtisas qruplarına daxil olan ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbul olanlar arasında 5624 nəfərin altı imtahan fənnindən (hər iki mərhələ üzrə birlikdə) heç olmasa, biri üzrə nisbi balı 10-dan az olmuşdur. Onlardan 5043 nəfərin yalnız bir, 560 nəfərin iki, 21 nəfərin isə üç imtahan fənni üzrə nisbi balı 10-dan az olmuşdur. Ən azı 1 fənn üzrə nisbi balı 10-dan az olan abituriyentlərin 22.32%-i (yalnız 1 fənn üzrə nisbi balı 10-dan az olanların 19.79%-i, 2 fənn üzrə nisbi balı 10-dan az olanların 43.39%, 3 fənn üzrə nisbi balı 10-dan az olanların 66.67%-i) 200-dən az bal toplayıb. I-IV ixtisas qruplarına daxil olan ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbul olanlar arasında I mərhələdə ana dili fənni üzrə 17, riyaziyyat fənni üzrə 842 və xarici dil fənni üzrə 132 abituriyentin topladığı nisbi balı 10-dan az olub. II mərhələdə ana dili fənni üzrə 35, ədəbiyyat fənni üzrə 30, riyaziyyat fənni üzrə 2353, fizika fənni üzrə 720, kimya fənni üzrə 519, biologiya fənni üzrə 30, tarix fənni üzrə 1003, coğrafiya fənni üzrə 545 abituriyentin topladığı nisbi balı 10-dan az olub. Bu il qəbul imtahanlarının II mərhələsində Azərbaycan bölməsi abituriyentlərinin ana dili, riyaziyyat və kimya fənləri istisna olmaqla, digər bütün fənlər üzrə göstəriciləri rus bölməsi abituriyentlərinin göstəricilərindən yüksəkdir. Belə üstünlük özünü biologiya və tarix fənləri üzrə daha qabarıq şəkildə göstərib. I mərhələdə isə bütün fənlər üzrə rus bölməsinin abituriyentlərinin göstəriciləri yüksək olub", - məlumatda deyilib.
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Paytaxtdakı “Kremlin Hall” şadlıq sarayı havanı çirkləndirir
Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq
AMEA-da yeni şöbələr yaradılıb
Xankəndidə silah-sursat aşkarlanıb
Azərbaycan nefti 89,33 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Azərbaycanın səfiri etimadnamələrini Qambiya prezidentinə təqdim edib
Senat ABŞ-ın Ukraynaya 61 milyard $-lıq hərbi yardımını təsdiqləyib
Rusiya müdafiə nazirinin müavini 1 milyonluq rüşvətə görə həbs edilib
Ermənistanın öz sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur-Paşinyan
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib